Valideynlər uşaqlara gündə 150 qramdan çox çiyələk verməməlidir.
Bizim.Media xəbər verir ki, bu barədə "NEWS.ru" saytına bioloq Vitali Napolov məlumat verib.
O qeyd edib ki, böyüklər üçün bu norma bir qədər çoxdur, lakin onun da aşılması tövsiyə edilmir.
"Ən yetişmiş və şirin çiyələk adətən mövsümün qızğın vaxtında satılmağa başlayır. Bizim iqlim zonasında bu giləmeyvənin əsas hissəsi mayın sonu, iyun aylarında yetişir. Bu meyvələri həddindən artıq yemək olmaz. Böyük insan üçün günlük çiyələk norması gündə 200 və ya 300 qramdır. Uşaqlar üçün isə bu göstərici 100–150 qram təşkil edir. Uşağa çiyələyi iki-üç ədəd verməklə başlamaq daha yaxşıdır. Sonra isə hər hansı allergik reaksiyanın yaranıb-yaranmayacağını müşahidə etmək olar", - deyə Napolov bildirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:50 / 14.05.2026
Uşaqların sevimlisi ÇİYƏLƏK - Günlük norma nə qədərdir?
Hazırda oxunan: Uşaqların sevimlisi ÇİYƏLƏK - Günlük norma nə qədərdir?
Hazırda oxunan: Uşaqların sevimlisi ÇİYƏLƏK - Günlük norma nə qədərdir?
613209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































