"Avropa İttifaqı bəzi strukturları ilə birlikdə AŞPA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər. Avropa Şurasının belə mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur”x9d.
Bu fikirləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter”x9d səhifəsində yazmışdı.
Maraqlıdır, Azərbaycan Avropa Şurasını tərk edərsə bu hal ölkəmizə necə təsir edəcək?
Xalq Partiyasının sədri, eks baş nazir Pənah Hüseyn məsələ ilə bağlı Moderator.az-a açıqlama verib:
“Mən bunu məsuliyyətli bəyanat hesab etmirəm. Novruz Məmmədovun söylədiyi bu fikir onun şəxsi fikiridirsə o, belə bəyanat verməzdən öncə fikirləşməlidir. Azərbaycan müstəqillik qazandığı gündən demkoratiya, insan haqları kimi dəyərləri üstün tutaraq bu anlayışları təbliğ edən Avropa Şurasına üzv olub və orada bununla bağlı sənədlərə qol çəkib. Hesab edirəm ki, ölkəmizin Avropa ailəsindən uzaqlaşması Azərbaycanın ziyanına olan amil olar. Bu fikir ölkə prezidentinin mövqeyidirsə, onda burada çox ciddi məqamlar var”x9d
Xəyal Əzizov
































































































