Lerikdə ƏMƏLİYYAT: Tutulanlar arasında qadın da var – VİDEO

Hazırda oxunan: Lerikdə ƏMƏLİYYAT: Tutulanlar arasında qadın da var – VİDEO

611315

Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Bizim.Media-ya verilən xəbərə görə, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin paytaxta gətirilərək realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
 

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı 29 yaşlı Azər Vəlibəyov, 30 yaşlı Ziya Məhərrəmzadə və 36 yaşlı A. Cəbiyeva saxlanılıblar. Onlardan 14 kiloqram marixuana və 4490 ədəd metadon həbi aşkarlanıb.


Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin