Bakı şəhər Xəzər rayonu Zirə qəsəbəsində yerləşən “Çinar” kafesində ofisiantı bıçaqlayan 19 yaşlı E.Cəfərova hökm oxunub.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Balakən sakini olan gənci Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilib.
E.Cəfərov 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayət hadisəsi zamanı E.Cəfərov kafedə ofisianta 6 bıçaq zərbəsi endirib. Belə ki, o, həmin kafedə işləyən Eysəfər adlı tanışını axtarmaq məqsədilə ora gedib.
Bu zaman orada olan ofisiant T.Məmmədov E.Cəfərova Eysəfərin kafedə olmadığını bildirib.
Kafedən uzaqlaşmayan Cəfərovla ofisiant arasında mübahisə yaranıb və 19 yaşlı oğlan üzərində gətirdiyi bıçaqla ona zərbələr endirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:12 / 05.05.2026
Kafedə ofisiantı öldürmək istəyənə HÖKM OXUNDU
Hazırda oxunan: Kafedə ofisiantı öldürmək istəyənə HÖKM OXUNDU
Hazırda oxunan: Kafedə ofisiantı öldürmək istəyənə HÖKM OXUNDU
611337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































