Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Qazaxıstan mediasında geniş işıqlandırılıb. Müasir meqapolislərin inkişafı, əlçatan mənzil, ekoloji dayanıqlılıq və innovativ həllərin tətbiqi mövzusu ölkənin bir sıra media orqanlarının materiallarında əksini tapıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, yazılarda forum BMT-nin şəhərsalma, şəhərlərin dayanıqlı inkişafı və müasir şəhər gündəliyi üzrə mühüm beynəlxalq platformalarından biri kimi təqdim olunur.
“Kazinform” agentliyi qeyd edir ki, Ümumdünya Şəhərsalma Forumu urbanizasiya, iqlim dəyişikliyi və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunduğu ən böyük beynəlxalq platformalardan biridir.
“Əsas çağırışlar sırasında yoxsulluğun, bərabərsizliyin artması, infrastrukturun yüklənməsi, ətraf mühitin çirklənməsi və qeyri-rəsmi tikintinin genişlənməsi yer alır. Bu baxımdan əlçatan mənzilin, ictimai nəqliyyatın inkişafına, mədəni irsin qorunmasına və təhlükəsiz ictimai məkanların yaradılmasına xüsusi diqqət yetirilir”, - deyə nəşrdə bildirilir.

“Enbekshi QazaQ” və “Newspress.kz” nəşrləri yazır ki, Azərbaycanın paytaxtı dünya şəhərsalmasının mərkəzinə çevriləcək. Materiallarda WUF13-ün 176 ölkənin nümayəndələrini bir araya gətirəcəyi qeyd olunur. Əsas diqqət dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər”in inkişafı və innovativ texnologiyaların şəhər mühitinə tətbiqinə yönəldiləcək.
“Qaz-Media.kz”in məlumatına görə, tədbirin əsas məqsədi müasir şəraitdə şəhərlərin dayanıqlı və təhlükəsiz inkişafı ilə bağlı aktual suallara cavabların axtarılmasıdır.
“Forumun proqramı qlobal dialoqun formalaşdırılmasına yönəlib. Ekspertlər yeni şəhər gündəliyinin icrasının aralıq nəticələrini qiymətləndirmək, meqapolisləri daha əlçatan və ekoloji baxımdan dayanıqlı etməyə kömək edəcək həllər hazırlamaq niyyətindədirlər. Beş gün ərzində nümayəndələr öz ölkə və regionlarında ən yaxşı təcrübələri tətbiq etmək üçün fikir mübadiləsi aparacaqlar”, - deyə nəşrdə bildirilir.

“Lada.kz”, “BAQ-Orda”, “Aimaq Aqshamy” və “TuraNews” forumun dövlət strukturlarının, beynəlxalq təşkilatların, ekspert icmasının və media nümayəndələrinin şəhərlərin dayanıqlı inkişafı, müasir şəhərsalma yanaşmaları və şəhərlərin inkişafı üzrə qlobal gündəlik məsələlərini müzakirə etmək üçün bir araya gələcəyinə dair materiallar yayıblar.
“Jezkazgan vestnik” qəzeti yazır ki, bu forum BMT-nin şəhərlərin inkişafı məsələlərinə həsr olunan ən böyük beynəlxalq tədbirlərindən biridir. Müzakirələrin mərkəzində şəhərlərin dayanıqlı inkişafı, infrastrukturun modernləşdirilməsi, ekoloji dayanıqlılıq, eləcə də şəhər mühitinin və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi dayanır.
“Atameken” nəşrində qeyd olunur ki, əsas diqqət dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər”in inkişafı və innovativ həllərin şəhər mühitinə tətbiqinə yönəldiləcək.

“AltaiNews.kz” forumu şəhərsalma sahəsində ən nüfuzlu qlobal platformalardan biri adlandırır:
“WUF13 çərçivəsində iştirakçılar şəhərlərin dayanıqlı inkişafı, şəhərsalma siyasətinin yeni istiqamətləri, “ağıllı şəhərlər” konsepsiyasının inkişafı və innovativ həllərin şəhər infrastrukturuna tətbiqi məsələlərini hərtərəfli müzakirə edəcəklər. Gündəlikdə iqlim dəyişikliklərinə uyğunlaşma, ekoloji dayanıqlılıq və inklüziv şəhər mühitinin formalaşdırılması mövzuları da qalır. Ekspertlərin fikrincə, bu cür platformalar şəhər idarəçiliyinin səmərəli modellərinin formalaşdırılmasında və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında mühüm rol oynayır”.
WUF13 barədə məlumat sosial şəbəkələrdə, o cümlədən Qazaxıstanın bir sıra KİV-lərinin “Instagram” səhifələrində, həmçinin videomateriallar şəklində də yayılıb. Bu, mövzunun əhatə dairəsini genişləndirib və qarşıdakı forumu daha geniş auditoriyaya təqdim etməyə imkan verib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:48 / 05.05.2026
Qazaxıstan mediasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq geniş işıqlandırılıb - FOTO
Hazırda oxunan: Qazaxıstan mediasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq geniş işıqlandırılıb - FOTO
Hazırda oxunan: Qazaxıstan mediasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq geniş işıqlandırılıb - FOTO
611269
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































