Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.
Bu barədə Bizim.Media-ya AYNA-dan məlumat verilib.
Bildirilib ki, kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.
Görülən işlər çərçivəsində Xətai prospektindən başlayaraq Fəzail Bayramov, Yusif Səfərov və Hüseyn Rəsulbəyov küçələrini əhatə edəcək 2 km-lik mikromobillik zolağı Kövkəb Səfərəliyeva küçəsindəki mövcud velosiped zolağı ilə birləşdiriləcək.
Hazırda ərazidə müvafiq nişanlanma işləri aparılır. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.
Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:26 / 05.05.2026
Paytaxtın bu küçələrində də velosiped zolağı yaradılır – FOTO
Hazırda oxunan: Paytaxtın bu küçələrində də velosiped zolağı yaradılır – FOTO
Hazırda oxunan: Paytaxtın bu küçələrində də velosiped zolağı yaradılır – FOTO
611303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































