Mərasimə 3,3 milyon dollarlıq saatla qatıldı – FOTO

Hazırda oxunan: Mərasimə 3,3 milyon dollarlıq saatla qatıldı – FOTO

611334

Amerikalı aktyor və keçmiş restler Dueyn “Qaya” Conson ilk dəfə “Met Gala 2026” mərasiminə qatılıb.

Bizim.Media xəbər verir ki, Conson qırmızı xalçada qeyri-adi obrazı ilə diqqət çəkib.

O, tədbirə Thom Browne moda evinin xüsusi hazırladığı, ətək konstruksiyalı smokinqində çıxıb.

Aktyorun obrazında ən çox diqqət çəkən detal isə qolundakı ultra-lüks saat olub. Conson mərasimə təxminən 3,3 milyon dollar dəyərində Jacob & Co. Billionaire III saatı ilə qatılıb.
 

Tamamilə brilyantlarla bəzədilmiş bu model zərgərlik və saat sənətinin ən bahalı nümunələrindən sayılır. Saatın korpusu və bilərziyi vahid qiymətli daş konstruksiyası kimi hazırlanıb.


Qeyd olunur ki, Dueyn Conson daha əvvəl də bahalı və statuslu saat kolleksiyası ilə diqqət çəkib. Onun kolleksiyasında Rolex, Audemars Piguet, Panerai və Richard Mille kimi brendlərin modelləri yer alır.

Lakin Jacob & Co. Billionaire III aktyorun ən dəbdəbəli seçimlərindən biri kimi qiymətləndirilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin