Bakıda silahsız özünümüdafiə üzrə çempionat keçirildi – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda silahsız özünümüdafiə üzrə çempionat keçirildi – FOTO/VİDEO

611355

Nəsimi Rayon Polis İdarəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə rayon polis idarəsinin, icra hakimiyyətinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər. 
 

Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxış edən qonaqlar yarış iştirakçılarına uğurlar arzu ediblər. 


Yarışda Nəsimi Rayon Polis İdarəsinin 85 əməkdaşı 5 çəki dərəcəsində mübarizə aparıb.

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalib gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər. (apa.az)







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin