Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, naməlum şəxs gecə saatlarında zərərçəkənin "Chevrolet" markalı avtomobilindən mobil telefonunu talayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı İ.Eynullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənin sərxoş vəziyyətdə sükan arxasında yatmasından sui-istifadə edərək oğurluq əməlini həyata keçirib. Hadisə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı araşdırmalar aparılır. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:06 / 05.05.2026
Sərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Hazırda oxunan: Sərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Hazırda oxunan: Sərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
611268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































