“Oskar” süni intellektlə bağlı qaydaları sərtləşdirdi

Hazırda oxunan: “Oskar” süni intellektlə bağlı qaydaları sərtləşdirdi

611331

Amerika Kino Sənəti və Elmləri Akademiyası “Oskar” mükafatları ilə bağlı qaydalara dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, Akademiya generativ süni intellektin mükafatlara təsirini məhdudlaşdıran yeni seçim qaydalarını açıqlayıb.

Yeni tələblərə əsasən, aktyorluq nominasiyaları yalnız filmdə insan tərəfindən, onun razılığı ilə və rəsmi titrlərdə göstərilməklə ifa edilmiş rollara verilə bilər.

Bundan başqa, ssenari nominasiyalarında iştirak edəcək işlərin də insan tərəfindən yaradılması əsas şərt kimi müəyyənləşdirilib.

Akademiya bununla süni intellektin köməkçi alət kimi istifadəsi ilə onun tamhüquqlu yaradıcı iştirakçı kimi çıxış etməsi arasında sərhəd çəkməyə çalışır.

Qərar kino sənayesində rəqəmsal dublyorlar və süni intellekt vasitəsilə yaradılan kontentin sürətlə artması fonunda qəbul edilib.
 

Yeni qaydalara görə, filmlərin istehsalında süni intellektdən istifadə olunubsa, bu barədə məlumat açıqlanmalıdır. Akademiya həmçinin süni intellektin filmin yaradılmasında iştirak dərəcəsini yoxlamaq hüququnu özündə saxlayır.


Bu addım aktyor və ssenaristlərin son illərdəki etirazlarından sonra yaradıcı peşələrin qorunması istiqamətində atılan mühüm qərarlardan biri kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin