Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı

Hazırda oxunan: Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı

611345

Azərbaycanda son 3 ildə nikaha girdiyinə görə ərinin də soyadını götürərək ikili soyad daşıyan qadınların sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, 2024-2026-cı illərdə həm kişilərin, həm də qadınların soyad seçimi ilə bağlı müraciətləri qeydə alınıb.

Belə ki, 2024-cü ildə 802, 2025-ci ildə 1052, 2026-cı ilin ilk üç ayında isə 174 qadın nikaha daxil olarkən öz soyadını ərinin soyadı ilə birləşdirib.

O da əlavə edilib ki, 2024-cü ildə 62, 2025-ci ildə 52, 2026-cı ilin ilk 3 ayı ərzində isə 6 kişi nikaha daxil olarkən qadının soyadını qəbul edib. ("Yeni Sabah")

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin