Türkiyənin “Baykar” şirkəti pilotsuz uçuş aparatlarının tətbiqi üzrə yeni taktika təqdim edib.
Bizim.Media xəbər verir ki, sınaqlar zamanı Bayraktar Kalkan DİHA pilotsuz uçuş aparatı hərbi gəmidən havaya qalxıb.
Daha sonra dron havada ikən Skydagger-7 adlı FPV-dronu buraxıb. FPV-dron hədəfə müstəqil şəkildə yönələrək birbaşa zərbə ilə tankı məhv edib.
Şirkətin məlumatına görə, sınaqlar uğurla başa çatıb.
Bu taktika dəniz platformalarından havaya qaldırılan pilotsuz sistemlərin digər zərbə dronlarını daşıması və onları hədəfə qarşı tətbiq etməsi baxımından diqqət çəkir.
Mütəxəssislər hesab edirlər ki, bu yanaşma pilotsuz sistemlərin döyüş meydanında çevikliyini və məsafədən zərbə imkanlarını artırır.
Bizim.Media

- A-
- A
- A+
Region
17:58 / 05.05.2026
“Baykar”dan dronların tətbiqi üzrə YENİ TAKTİKA - VİDEO
Hazırda oxunan: “Baykar”dan dronların tətbiqi üzrə YENİ TAKTİKA - VİDEO
Hazırda oxunan: “Baykar”dan dronların tətbiqi üzrə YENİ TAKTİKA - VİDEO
611342
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































