Ukrayna mayın 5-dən 6-na keçən gecədən etibarən atəşkəs elan edəcək.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Kiyev atəşkəs rejiminə hazırdır və bunun real nəticə verməsi üçün qarşı tərəfin də eyni addımı atması vacibdir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Prezident Vladimir Putinin qərarı ilə mayın 8-9-da atəşkəs elan olunacağını bildirmişdi.
Zelenski isə daha əvvəl bəyan etmişdi ki, Rusiya atəşkəsin şərtlərini Kiyevlə razılaşdırmayıb.
Ukrayna lideri bildirib ki, atəşkəs birtərəfli bəyanatlarla deyil, tərəflər arasında razılaşdırılmış mexanizmlərlə təmin olunmalıdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:20 / 05.05.2026
Zelenski: “Ukrayna atəşkəs elan edəcək”
Hazırda oxunan: Zelenski: “Ukrayna atəşkəs elan edəcək”
Hazırda oxunan: Zelenski: “Ukrayna atəşkəs elan edəcək”
611261
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































