130 ölkə ABŞ-a qarşı çıxdı: “Kubaya tətbiq edilən embarqo ləğv edilməlidir”

Hazırda oxunan: 130 ölkə ABŞ-a qarşı çıxdı: “Kubaya tətbiq edilən embarqo ləğv edilməlidir”

644865

BMT Baş Assambleyası ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi, ticarət və maliyyə embarqosunun ləğvini nəzərdə tutan qətnamə layihəsini 130 ölkənin dəstəyi ilə qəbul edib.

Bizim.Media xəbər verir ki, səsvermədə ABŞ, İsrail, Ukrayna, Argentina və Birləşmiş Ərəb Əmirliklərinin də daxil olduğu 17 ölkə sənədin əleyhinə səs verib.

Kuba Prezidenti Migel Dias-Kanel səsvermənin nəticəsini xalqının qələbəsi adlandırıb və ABŞ administrasiyasını digər ölkələrə təzyiq göstərməkdə ittiham edib.

Qeyd edək ki, BMT Baş Assambleyasının qərarı hüquqi baxımdan məcburi deyil və səsvermənin nəticəsi ABŞ-ın tətbiq etdiyi sanksiyaları avtomatik olaraq ləğv etmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin