Saxarada 4 min ildən çox yaşı olan sirli məzar aşkarlandı

Hazırda oxunan: Saxarada 4 min ildən çox yaşı olan sirli məzar aşkarlandı

644862

Qərbi Saxarada arxeoloqların diqqətini çəkən, uzunluğu 54,5 metr olan qədim daş məzarın 4 min ildən çox əvvəl tikildiyi müəyyən edilib.

Bizim.Media xəbər verir ki, “Science & Vie” nəşrinin məlumatına görə, Jirona Universitetinin alimləri “African Archaeological Review” jurnalında dərc olunan araşdırmada məzarın yaşını müəyyənləşdiriblər.

Qazıntılar zamanı məzarda 25–35 yaşlarında bir insana aid skelet və dəvəquşu yumurtasının qabığından hazırlanmış dörd muncuq tapılıb. Skeletin vəziyyəti səbəbindən dəfn edilən şəxsin cinsini müəyyənləşdirmək mümkün olmayıb.

Qədim tikilinin bir ucunda oval formalı daş kurqan, ondan şərqə doğru uzanan iki uzun daş cərgəsi var. Arxeoloqların “antenalar” adlandırdıqları bu daş cərgələrinin hansı məqsədlə tikildiyi hələ də məlum deyil.

Radiokarbon analizləri məzarın təxminən 4100–4417 il əvvəl, eramızdan əvvəl III minillikdə tikildiyini göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin