Anar Bayramov TƏBİB-in mətbuat katibini nazirliyə apardı - YENİ KADR DƏYİŞİKLİYİ

Hazırda oxunan: Anar Bayramov TƏBİB-in mətbuat katibini nazirliyə apardı - YENİ KADR DƏYİŞİKLİYİ

644878

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub.

Bizim.Media “bakupost.az”a istinadən xəbər verir ki, TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.

Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.

Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib.

Görünür, Anar Bayramov səhiyyə naziri təyin olunduqdan sonra TƏBİB-də birgə çalışdığı bəzi kadrları Səhiyyə Nazirliyinə gətirmək qərarına gəlib.

Xatırladaq ki, oktyabrın 28-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən azad edilib. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin