"Turan Tovuz" rəsmisindən klubun satılması xəbərlərinə CAVAB

Hazırda oxunan: "Turan Tovuz" rəsmisindən klubun satılması xəbərlərinə CAVAB

644884

Sosial şəbəkədə "Turan Tovuz" klubunun sahibi Ehtiram Quliyevin klubu satdığı və hazırda komandanı Həsən Zeynalovun idarə etdiyi barədə iddialar yayılıb.

Bizim.Media xəbər verir ki, iddialar barədə "Turan Tovuz" Peşəkar Futbol Klubu (PFK) İctimai Birliyinin (İB) İdarə Heyəti sədrinin müavini Nəsimi Paşayev oxu.az-a cavab verib.

Onun sözlərinə görə, qurum "Turan Tovuz" PFK İB kimi fəaliyyət göstərir, Ehtiram Quliyev isə birliyin İdarə Heyətinin sədridir:

"Klubun hüquqi statusu ictimai birlikdir - "Turan Tovuz" PFK İctimai Birliyi. Ehtiram Quliyev isə İB-nin idarə heyətinin sədridir, yəni təsisçi deyil. İctimai birlik klubu sata bilərmi?!".

Qeyd edək ki, "Turan Tovuz" klubu Misli Premyer Liqasında 9 turdan sonra 15 xalla dördüncü pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin