“Rauf Arifoğlu İsa Qəmbərə hücum edib”x9d iddiası gerçəkdirmi?

Hazırda oxunan: “Rauf Arifoğlu İsa Qəmbərə hücum edib”x9d iddiası gerçəkdirmi?

63710
Baş redaktor: “Bunlar həm də məqsəd güdürlər ki, Müsavat Partiyasının fəallarını və rəhbərliyini mənə qarşı qoysunlar, bu da boşuna bir şeydir”x9d

AXCP sədri Əli Kərimlinin təşkilatçılığı və rəhbərliyi ilə “Yeni Müsavat”x9d qəzetinə, o cümlədən baş redaktor Rauf Arifoğluna qarşı kampaniya bütün şiddəti ilə davam edir. Bu kampaniya dövründə çoxçeşidli böhtanlar, şərləmələr ifadə olunmaqdadır. Ən müxtəlif təhqirlər, söyüşlər sosial şəbəkələrdə yer almaqla yanaşı, Əli Kərimlinin nəzarətində olan “Azadlıq”x9d qəzetinin səhifələrində də baş redaktorla bağlı şantaj xarakterli, mənəvi terror mahiyyətli yazılar dərc olunmaqdadır. 

Lakin bizim diqqətimizi bu ittiham və böhtan kampaniyasının içərisində bir siyasi çalar cəlb etdi. Əli Kərimlinin mirzələri və yaxın çevrəsi, hətta müavinləri statusunda olan şəxslər birdən-birə yazmağa başladılar ki, Rauf Arifoğlu İsa Qəmbərə hücum etdi. Sonra da bunun üzərində uzun-uzadı təhlillər qurdular ki, o niyə İsa Qəmbərə hücum etdi. 

Oxucuların diqqətinə “axe-ce-pe-çilər”x9d tərəfindən hücum kimi təqdim olunan Rauf Arioğlunun aşağıdakı açıqlamasını çatdırırıq: “Müxalifətin yeganə sağ və bütöv qalan bir təşkilatı var idi-Müsavat Partiyası, amma artıq bu partiya da böhran içindədir. Əgər dəyişim olardısa, o, əsas aktyorlardan birinə çevrilə bilərdi. Hesab edirəm ki, başqanımız İsa bəyin yanlış qərarı nəticəsində o da böhrana girdi. Əminliklə deyirəm ki, o, başqanlıqdan getməməliydi, qalmalıydı. Bizə başqanımızın demokratiya nümunəsi göstərməsi lazım deyildi, biz bu barədə ədəbiyyat oxumuşuq. Bizə başqanımızın bizi hakimiyyətə gətirməsi lazım idi. Başqan olandan 21 il sonra “ortaya nümunə qoyacam”x9d deyib, başqanlıqdan getməsi bizə, mənə lazım deyildi”x9d.

Hətta tənqid belə sayılmayan bu fikrin “axe-ce-pe-çilər”x9d tərəfindən bu dərəcədə hücum kimi qələmə verilməsinin səbəbini soruşmaq, bununla bağlı gedən kampaniyaya münasibət öyrənmək üçün Rauf Arifoğlunun özünə müraciət etdik və sual verdik ki, siz doğrudan da İsa Qəmbərə hücum etmisinizmi. 

O, gülərək dedi ki, Əli Kərimlinin ətrafındakı zombilərdən fərqli olaraq, İsa Qəmbərin ətrafında öz fikri, rəyi olan insanlar, müstəqil və güclü siyasətçilər cəmləşiblər. Onlar zaman-zaman İsa Qəmbər haqqında pozitiv fikirlərlə yanaşı, tənqidi fikirlər də söyləyiblər: “Mənim söylədiklərim isə yeni deyil. Təxminən 2 ildən çoxdur ki, mən bunları söyləyirəm. Bir vaxtlar bunu gələcək zaman kateqoriyasında söyləyirdim ki, İsa bəy başqanlıqdan getməməlidir, təşkilat böhrana girəcək, biz uzun bir yolun yolçusuyuq, bu bir fraqment deyil, bu bir missiyadır. Hətta bunu İsa bəyin özünə də, iclaslarda da, qəzetlərdə də söyləmişəm, yazmışam. Bu, həmin fikrin bir növ yenidən təkrarı idi. Amma bu dəfə keçmiş zaman şəkilçisi əlavə edərək dedim... Artıq təşkilatımız məhz İsa bəyin başqanlıqdan  getməsi nəticəsində böhrana girib. İndiki kritik situasiyada, Azərbaycanın taleyi həll olunacaq bir ildə - söhbət 2015-ci il parlament seçkilərindən gedir - Müsavat Partiyasını böhrana soxmamaq lazım idi. Bununla bağlı fikrimi demişəm və bunu söyləməmişdən bir neçə gün əvvəl də İsa Qəmbərin özü ilə  müzakirə zəminində şəxsinə çatdırmışam. Bilirəm ki, Azərbaycanın öndə gələn demokratlarından biri olan İsa bəy bu cür müzakirə, mübahisə və fikirlərdən incimir. Açıqlamamda isə hücumdan söz gedə bilməz, tam əksinə, mən orada İsa Qəmbərin şəxsiyyətini və əhəmiyyətini böyütmüşəm. Müsavat Partiyası və onun çevrəsindəki insanlar bu cür fərqli fikirlərə alışqandırlar. Çünki bu partiyada gerçək demokratiya mühiti var. Sadəcə, Əli Kərimlinin çevrəsindəkilər bunu sensasiya, hücum kimi qiymətləndirirlər. Çünki AXCP-dəki mühit despotik bir mühitdir. Əli Kərimlinin çevrəsindən bir adam göstərin ki, onun dedikləri ilə fərqlənən bir fikir söyləsinlər. Bu, mümkün deyil. Həmin şəxsi dərhal vətən xaini elan edib qovarlar... Mənə qarşı kampaniyanın bu fraqmenti isə Əli Kərimlinin bir növ ifşası deməkdir. Onun demokrat olmadığının üzə çıxması deməkdir. Eyni zamanda, bunlar həm də məqsəd güdürlər ki, Müsavat Partiyasının fəallarını və rəhbərliyini mənə qarşı qoysunlar. Bu da boşuna bir şeydir. Mənim heç bir partiyaya, o cümlədən də Müsavat Partiyasına, heç bir liderə, o cümlədən də Müsavat Partiyasının rəhbərliyində olan şəxslərə, onların dəstəyinə ehtiyacım yoxdur. Əli Kərimli kimdir ki, mən onunla növbəti toqquşmamda dəstəyə möhtac olum. Tam əksinə, mən qruplara, çevrələrə, partiyalara, liderlərə dəstək verirəm. Ona görə də boşuna narahat olmasınlar. Mən heç kimdən dəstək gözləmədiyim üçün bu cür murdar kampaniyadan-guya Müsavatı mənə qarşı qoymaqdan da heç narahat deyiləm. İsa Qəmbərə gəldikdə isə, başqanın harada olmasından asılı olmayaraq, onun yanındayam, fəaliyyəti varsa, dəstəyindəyəm. Hesab edirəm ki, Azərbaycanın yaxın və uzaq gələcəyində İsa Qəmbər faktorunun əhəmiyyəti, rolu hələ çox böyük olacaq. “Yeni Müsavat”x9d qəzetini də həmin rol və əhəmiyyətdən ayırmıram”x9d.(musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin