Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

Hazırda oxunan: Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

632015

Ermənistan sülhün möhkəmləndirilməsi çərçivəsində yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmaq niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqram layihəsində bildirilib.

"Sülhün institutsionallaşdırılması və möhkəmləndirilməsi məqsədilə Hökumət "Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişin imzalanması və ratifikasiyası, Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin davam etdirilməsi, eləcə də Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri, işgüzar dairələri arasında təmasların və ikitərəfli ticarətin fəallaşdırılması üzrə işləri davam etdirəcək", - hökumətin gündəliyinə daxil edilmiş və saytda dərc olunmuş sənəddə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin