Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Hazırda oxunan: Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

631971

Azərbaycan-Ukrayna münasibətləri intensivləşən siyasi və diplomatik təmaslar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə də, Prezidentlər İlham Əliyev və Volodimir Zelenskinin Qəbələ görüşündən sonra parlamentlərarası əlaqələr, xarici siyasət və humanitar əməkdaşlıq istiqamətində qarşılıqlı səfərlər və müzakirələr davam edib.
 

Milli Məclisin nümayəndə heyətinin Kiyevə səfəri, XİN rəhbəri Ceyhun Bayramovun Ukraynaya səfəri və sabiq prezident Viktor Yuşenkonun Bakıda keçirdiyi görüşlər iki ölkə arasında əlaqələrin genişlənən gündəliyini ortaya qoyur.


Bir neçə gün əvvəl Bakının mərkəzində meydana Taras Şevçenkonun adının verilməsi isə Azərbaycan-Ukrayna dostluğunun tarixi bağlarının növbəti simvolik ifadəsinə çevrilib.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Bizim.Media-ya açıqlamasında Bakı-Kiyev münasibətlərinin cari vəziyyətindən, gələcək perspektivlərindən söz açıb.

Diplomat Yuşenkonun Bakıya səfərinin ölkələrimiz arasında dostluq münasibətlərinin növbəti təzahürü olduğunu vurğulayıb.

Daha ətraflı videosüjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin