ABŞ Prezidenti Donald Tramp sülh prosesində Azərbaycan Prezidenti İlham Əliyevin rolunu yüksək qiymətləndirib.
Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti bu barədə Azərbaycan lideri ilə telefon danışığı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Donald Trampla DANIŞDI
Telefon danışığı zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitindən ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, bölgədə sülhə xələl gətirə biləcək insidentin olmadığı məmnunluqla vurğulanıb.
Bizim.Media




































































































