XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub - FOTO

Hazırda oxunan: XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub - FOTO

629073

2020-ci il müharibəsindən bəri Ermənistanın əraziləri mina ilə çirkləndirməsi nəticəsində 433 nəfər zərərçəkən olub.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım olunub.

Bildirilib ki, növbəti mina partlayışı nəticəsində Azərbaycanın iki vətəndaşı ağır yaralanıb:

"Bu faciə minaların hələ də yaratdığı ağır humanitar nəticələri və günahsız insanların hər gün üzləşdiyi təhlükələri bir daha xatırladır. Minalardan təmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin gücləndirilməsinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin təmin olunmasının əsas şərtidir".
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin