ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana GƏLİR

Hazırda oxunan: ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana GƏLİR

628567

İsveçrə Federal Şurasının üzvü İqnatsio Kassis ATƏT-in fəaliyyətdə olan sədri qismində avqustun 4-5-də Azərbaycan və Türkmənistana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Nazirliyin yaydığı məlumata əsasən, müzakirələrdə ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh səyləri və İsveçrənin ATƏT-ə 2026-cı il sədrliyi çərçivəsində Mərkəzi Asiyadakı rolu əsas diqqət mərkəzində olacaq. Bu səfər regional turun ilk mərhələsidir.


Tur bu ilin payızında Ermənistan və Gürcüstana səfərlərlə davam edəcək.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin