Türkiyəli nazir: “Azərbaycanın azad olunan ərazilərinə gedəndə 30 illik zülmün bitdiyini görürük”

Hazırda oxunan: Türkiyəli nazir: “Azərbaycanın azad olunan ərazilərinə gedəndə 30 illik zülmün bitdiyini görürük”

626756
“Bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edəndə 30 illik zülmün başa çatdığını görürük”.
 
Bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.
 
O bildirib ki, Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsal etməsinin tənqid olunması doğru deyil:
 
“Mən bunu vətəndaş olaraq deyirəm. Böyük dövlətlər belə şirkətlərə sahib çıxmalıdırlar”.
 
Nazir, həmçinin Türkiyənin yerli istehsalı olan “Togg” avtomobili barədə də danışıb:
 
““Togg” bizim milli qürur mənbəyimizdir. Ölkəmiz mövcud olduğu müddət ərzində bu avtomobil bizim ən vacib dəyərimiz olaraq qalacaq. “Togg” sadəcə avtomobil yox, həm də ağıllı cihazıdr. Bu cihazın həm də havada hərəkət edənlərini görəcəyik. İnşallah, gənclərimiz bu xəyalları gerçəkləşdirəcəklər”.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin