Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA – VİDEO

625893

“Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar və yeni təhlükəsizlik formatı yaradıb”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu təhlükəsizlik formatı beynəlxalq hüququn aliliyinə əsaslanır:

“Ermənistan və Azərbaycan arasında normallaşma prosesi çərçivəsində son dövrlərdə baş verən tarixi hadisələr, o cümlədən sülh sazişi layihəsinin paraflanması regionda davamlı sülhün, təhlükəsizliyin və rifahın təmin olunması üçün unikal imkan yaradır”.
 

Ceyhun Bayramov qeyd edib ki, müzakirələr zamanı rusiyalı həmkarını azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesi, eləcə də Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb:


“Əminliklə demək olar ki, bu gün Ermənistan və Azərbaycan arasında faktiki olaraq sülh mövcuddur”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin