Pelleqrini: “İlham Əliyev Şuşada danışıqlar aparmağı təklif edəndə dərhal razılaşdım”

Hazırda oxunan: Pelleqrini: “İlham Əliyev Şuşada danışıqlar aparmağı təklif edəndə dərhal razılaşdım”

625817

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada danışıqlar aparmaq təklifi ilə dərhal razılaşdığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Pelleqrini "AnewZ" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycanda artıq bir neçə dəfə olmasına baxmayaraq, Şuşaya ilk dəfə səfər edib:

"Bu, mənim Şuşaya ilk səfərimdir. İdeya (danışıqların Şuşada keçirilməsi - red.) Prezident İlham Əliyevə məxsusdur, o məndən rəsmi qarşılanma mərasiminin və digər bütün əsas tədbirlərin bu dəfə Bakıda deyil, Şuşada keçirilməsinə razı olub-olmayacağımı soruşdu. Və əlbəttə ki, mən dərhal razılaşdım, çünki bu torpağın tarixini bilirəm".

P. Pelleqrini qeyd edib ki, o və bütün nümayəndə heyəti şəhərdə aparılan bərpa işlərinə heyran qalıb:
 

"Deməliyəm ki, ilk dəqiqədən bütün nümayəndə heyətimiz infrastruktura edilən irimiqyaslı yatırımlara və burada baş verənlərə heyran qalıb".


Xatırladaq ki, Slovakiya Prezidenti 13-15 iyul tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin