Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
MÖVZU İLƏ BAĞLI:
Trampdan İlham Əliyevin Şuşadakı çıxışı ilə bağlı PAYLAŞIM – FOTO
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin İlham Əliyevin “X” hesabında paylaşım edilib.
“Şuşa Qlobal Media Forumunda sizi “Sülh adamı” adlandırdığım fikirləri Breitbart-a istinadən paylaşdığınız üçün sizə təşəkkür edirəm. Tarixi Vaşinqton Zirvə Toplantısının birinci ildönümünə bir aydan az vaxt qaldığı üçün Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsindəki əvəzsiz rolunuza görə bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. Sizin liderliyiniz bölgəmizi sülhə, sabitliyə və rifaha yaxınlaşdırmağa tarixi töhfə verib. Siz, həqiqətən də, Sülh adamısınız”, - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Breitbart" saytında dərc olunan və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-ABŞ münasibətləri haqqında sözlərinin yer aldığı Coşua Klaynın məqaləsini paylaşıb.

Bizim.Media
































































































