Azərbaycanda bağçılıq subsidiyasının verilməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib.
Fərmana əsasən, "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası" yenilənib.
Bağçılıq subsidiyası – fermerlərə çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun olaraq kənd təsərrüfatı bitkilərinin becərilməsi (əkilməsi və aqrotexniki qulluğun göstərilməsi) üçün bağın salındığı birinci ildə istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, müasir suvarma sistemlərinin qurulmasına və tinglərdə fitopatoloji analizlərin aparılmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:45 / 08.06.2026
Bağçılıqla məşğul olanlara ŞAD XƏBƏR
Hazırda oxunan: Bağçılıqla məşğul olanlara ŞAD XƏBƏR
Hazırda oxunan: Bağçılıqla məşğul olanlara ŞAD XƏBƏR
618019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































