“Afrika bu gün dünyanın ən dinamik və ən böyük perspektiv vəd edən regionlarından biri kimi çıxış edir. Gənc əhalisi, sürətlə inkişaf edən iqtisadiyyatı, zəngin təbii resursları və artan geosiyasi əhəmiyyəti ilə qitə qlobal siyasi və iqtisadi gündəliyin formalaşmasında getdikcə daha mühüm rol oynayır”.
Bizim.Media xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda söyləyib.
O bildirib ki, Afrika İttifaqı artıq G20-nin tamhüquqlu üzvünə çevrilib. Afrika, eyni zamanda, BMT Təhlükəsizlik Şurasında iki daimi yer uğrunda mübarizə aparır və Azərbaycan bu təşəbbüsü tam dəstəkləyir.
“Azərbaycan üçün Afrika uzaq bir qitə deyil. Afrika bizim üçün tərəfdaşların, dostların və ortaq hədəflərin qitəsidir. Münasibətlərimiz qarşılıqlı hörmətə, həmrəyliyə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə dəstəyə əsaslanır”, - deyə nazir müavini əlavə edib.
Bizim.Media


































































































