Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

609344

Xarici işlər naziri Ceyhun Bayramov Ukrayna prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Görüş zamanı nazirlər ikitərəfli münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edərək, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Bundan başqa tərəflər ticarət, əlaqələrin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
 

XİN rəhbərləri regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparıb, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha təsdiqləyib, Azərbaycan ilə Ukrayna arasında yüksək səviyyəli dialoq və tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.


Nazirlər həmçinin ikitərəfli münasibətlərin əsasını təşkil edən hüquqi çərçivəni daha da gücləndirəcək Azərbaycan və Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Saziş imzalayıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin