Azərbaycan-Türkiyə ticarət dövriyəsinin həcmi AÇIQLANDI

Hazırda oxunan: Azərbaycan-Türkiyə ticarət dövriyəsinin həcmi AÇIQLANDI

608390

“2025-ci ildə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsi 5 milyard 720 milyon dollar olub. Türkiyə ilə qarşılıqlı ticarətdə Azərbaycan 1 milyard 34 milyon dollarlıq müsbət saldoya malikdir. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib, Azərbaycanın xarici ticarət dövriyyəsinin 11.6 faizi Türkiyənin payına düşür:

"Bu İtaliyadan sonra Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşı olması deməkdir. Qardaş dövlət Azərbaycan ixracatında da ikinci ən böyük tərəfdaşdır: 13.5 faiz. Azərbaycanın qeyri neft-qaz ixracının 16.5 faizi Türkiyənin payına düşür. Bu ticarətdə də Türkiyə ikinci ən böyük tərəfdaşdır".

Onun sözlərinə görə, iqtisadi münasibətlər yalnız ticari əlaqələrdə deyil, həmçinin qarşılıqlı sərmayə qoyuluşlarında da özünü göstərməkədir:

"İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yönəldib".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin