“Real müxalif qüvvələr Milli Şurada təmsil olunub”

Hazırda oxunan: “Real müxalif qüvvələr Milli Şurada təmsil olunub”

41420

Parlament seçkiləri ərəfəsində müxalifətin vahid koalisiyasının yaradılmasının zəruriliyi artıq indidən bəzi siyasilər tərəfindən önə çəkilməyə başlayıb. Belə bir birliyi müxalifətin iqtidar təmsilçilərinə qarşı effektiv mübarizəsi baxımından vacib hesab edən siyasilərin fikrincə, belə bir koalisiyanın mövcudluğu müxalifətin şansını əhəmiyyətli dərəcədə artıra bilər. 

Bununla bağlı Moderator.az-a açıqlama verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə real müxalif qüvvələrin Milli Şurada təmsil olunduğunu və bu səbəbdən də hər hansi yeni koalisiyaya ehtiyac duymadığını qeyd etdi: “Real müxalif qüvvələr Milli Şurada təmsil olunub. Bu hər kəsə bəlli olan bir reallıqdır. Bu səbəbdən də hesab edirəm ki, yeni bir koalisyanın yaranmasına ehtiyac yoxdur”.

 

Seymur Əliyev

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin