Asim Mollazadə: "Ermənistan dövlət yox, vassaldır..."

Hazırda oxunan: Asim Mollazadə: "Ermənistan dövlət yox, vassaldır..."

41202
“Azərbaycan hazırda sülh danışıqlarını həyata keçirir və hələ ki, ümidlər tükənməyib.”

 Bu haqda Moderator.az saytına açıqlamasında millət vəkili Asim Mollazadə Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın “Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Kollektiv Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana hərbi kömək edəcək” kimi bəyanatına münasibət bildirib.Onun sözlərinə görə, Azərbaycan böyük səbrlə münaqişənin həllini gözləyir: “O ki, qaldı hər hansısa hərbi əməliyyata, dəfələrlə Türkmənistan və Qazaxıstan Azərbaycana qarşı səbəbindən asılı olmayaraq, hərbi əməliyyatlarda iştirak etməyəcəyini bəyan edib. Azərbaycanın hal-hazırda məqsədləri məsul danışıqları davam etdirməkdir və hələ ki, ümidlər tükənməyib”. 
Millət vəkilinin sözlərinə görə Ermənistan müdafiə nazirinin dedikləri isə birbaşa ermənilərin  sülh istəmədiklərini və status-kvonu qoruyub saxlama istəklərini  sübut edir:
 “Ermənistanın bu mövqeyini eyni zamanda onun sahibləri də dəstəkləyir. Məlum olduğu kimi Ermənistan artıq müstəqil dövlət deyil. Ermənistan dövlət yox, vassaldır.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin