Doğrudur, “Azərbaycan seçicilərinin səsi heç nəyi həll etmir” deyə düşünənlər, hakimiyyətin “ başqa yollarla” dəyişdrilməsini uyğun görənlər də var. Hətta bu ilin əvvəlində və yaz aylarında müxalif siyasilər arasında “hər şeyi seçkiyə qədər həll etmək” təklifləri də müzakirə olunurdu. Amma sonradan bəlli olduğu kimi, həmin təkliflərin müəllifləri seçkiyə qədər heç nəyi həll edə bilmədilər. Çox ehtimal ki, seçkidən sonra “başqa yollarla hər şey həll etmək” üçün cəhdlər olacaq. O zaman da səslər hər şeyi həll edəcək; Azərbaycan cəmiyyətinin çoxluğu səs verdiyi namizədin arxasında sona qədər duracaqsa, sonucu da bu amil bəlirləyəcək. Elə bu gün də sosioloji sorğuların sonuclarına görə artıq kimin daha şanslı olması haqda fikir yürütmək olar. Bu haqda sonra yazacağıq. Hələlik vvəlki mətləbə qayıdıram.
Hələ 2009-cu ildə dünyanı bürüyən qlobal böhran 2010-cu ilin sonunda və 2011-ci ilin əvvəlində siyasi təbəllüdatlara səbəb oldu. Böhranın mənbəyi olan ABŞ , eləcə də, Avropanın aparıcı dövlətləri bir tərfdən öz cəmiyyətlərinin diqqətini yayındrmaq, yeni-köhnə düşmənlərdən gələn təhlükə haqda daha çox fikir aşılamaq, o biri tərəfdən isə bir sıra Şərq, müsəlman ölkələrindəki hakim rejimlərin və iqtisadi-maliyyə qruplaşmalarının bank hesablarına çökmək üçün “Ərəb baharı” adlanan nəhəng proyekti işə saldılar. Əvvəlcə Tunisdə, sonra Liviyada, Yəməndə və Misirdə qanlı inqilablar, iç cavaşları və ağlasığmaz miqyasda dağıntılarla müşaiyət olunan hakimiyyət dəyişmələri baş verdi. Əvvəllər də yazdığım kimi, Əfqanıstanda və İraqda başlanan bu proses “Ərəb baharı” formasında davam etdirildi. O zaman da Azərbaycanda “Ərəb baharı”nı təkrarlamaq, çevriliş, inqilab havası yarandı. Bir sıra geosiyasi, geostrateji incəliklər Cənibi Qafqazı Şimali Afrikadan ayırsa belə, müxalif kəsim həmin qanlı inqilabların anologiyasını Azərbaycanda da yaratmaq barədə ən azı düşünür və danışırdılar. O zamanlar yazdığım “İnqilab söhbətləri” adlı təhlillərimdə də yazmışdım və proqnoz vermişdim ki, “ərəb baharı” adlanan nəhəng ssenarinin Azərbaycanda təkrarlanması üçün hər hansı bir zəmin yoxdur. Bu, baş verməyəcək və sair. Əslində elə hakimiyyət əleyhinə ilk aksiyalardan sonra da bu proqnozun doğrulduğunu demək olardı. Ancaq bu gün həmim tarixi mərhələni ona görə xatırladım ki, 2011-2012-ci illərdə hakimiyyətin inqilab yolu ilə devrilməsi üçün olmayan zəmin 2013-cü ildə də yoxdur. Prosesin zorakılıq müstəvisinə keçirilməsi toplumdan nə o zaman, nə indi, nə də gələcəkdə dəstək almayıb və almayacaq. Azərbaycan toplumu bu gün ərəb ölkələrndə baş vermiş o qanlı inqilabları və zorakılığın tüğyan edəcəyi bir iqtidar dəyişimini dəstəkləmir. Bu, əlbəttə, yaxşı cəhətdir. Düzdür, bu bir çox halda Azərbaycan insanının ictimai infantilliyinə qədər böyüyür. Bəlkə də seçkiyə gedən vətəndaş hakimiyyətin dəyişməsini istərdi, amma dyişəndən sonra nələr olacaqla bağlı təsəvvürü ya yoxdur, ya da çox da nikbin olmayan düşüncəsi var. Bunu reallaşdıracaq daxili, dəstəkləyəcək xarici güc də yoxdur. Nə ABŞ, nə Avropa Birliyi, nə Rusiya-İran cütlüyü, nə Türkiyə Azərbaycanda “ərəb baharı”nın, hətta 2003-2004-cü illərdə Gürcüstanda, Ukraynada... baş vermiş inqilabların Azərbaycanda anologiyasını dəstəklmir, buna hazır və maraqlı deyillər. Bunun çox mürəkkəb səbəblri var və ayrıca təhlil etmək də olar. Bütün bunları yazmaqda məqsədimiz odur ki, seçki günü və seçkdən sonra inqilab planlaşdıran, yaxud hətta proqnozlaşdıran insanlar varsa, durumu daha ciddi təhlil etsinlr; indiki durumda, indiki qüvvələr blansına görə belə cəhdlər heç bir halda və heç bir formada nəticə verməyəcək. İndiki iqtidara müxalifətdə olan qüvvələrin populyarlığının, ictimai və beynəlxalq dəstəyinin, resurslarının pik həddi ı 2003-cü il olub. 2003-cü il prezident seçkisində bir aarıcı müxalif partiyanın və liderin seçkiqabağı mitinqlərdə meydana topladığı insanarın sayı indi bütün aparıcı oan və olmayan partiyaların və liderlərin hamısının topladığından qat-qat çox idi. O zaman iqtidar da indikindən qat-qat zəif idi. 2003-cü ildə Azərbaycan müxaifəti zor müstəvisində hakimiyyətə məğlub oldusa, indi də belə bir perspektiv qarşısındadır. Başqa sözlə, seçkidən sonra reallaşdırılması planlaşdırılan, reallaşması proqnozlaşdırıan “ərəbsayağı” inqilab ssenarilərinin uğuru görünmür. Kim 100 minlərlə insaın meydanlara və küçələrə axışıb İlham Əliyevin istefası üçün günlərlə (hələ aylarla və illərlə demirəm) mübarizə aparacağını düşünürsə və bunu görürsə də, onunla normal polemikaya da hazıram. Beləliklə, qalır seçkilərdə hansı tərəfin namizədinin daha çox səs qazanması məsələsi. Bununla bağlı yalnız seçkidən sora dəqiq fikir bildirmək mümkün olacaq; demokratiya nəticəsi əvvəlcədn bəlli olmayan bir prosesdir. Amma demokratiyalarda cəmiyyətin seçiminə dair rəy sorğuları da normal haldır. Hələlik bir neçə rəy sorğusunun nəticəərinə görə,respondentlərin 80 faizindən çoxu indiki prezidentin yenidən dövlət başçısı olmasını dəstəkləyir və proqnozlaşdırır. “Azadlıq” radiosunun və müxalifətə bağlı bir sosioloji mərkəzinin keçirdiyi rəy sorğusunda isə Milli Şuranın namizədi daha çox səs toplayıb: 65 faiz və sair. ANS-in keirdiyi sorğunun son açıqlanan nəticələrinə görə də, indiki prezident 89 faizlə birinci, Milli Şuranın namizədi isə təqribən 8 faizlə ikincidir. Təbii ki, bu nəticələ bu və ya başqa tərəfdən şübhə altına alınır. Ancaq müxalifəti təmsil edən namizədlərin təkcə Bakı şəhərində keçirdiyi seçkiqabağı mitinqlər də vəziyyətin nə yerdə olduğunu göstrir. Biz hələ bu mitinqlərə inzibati resurslarla, yaxud partiyaların bölgələrdən tərəfdarlarını çağırması ilə bağlı məqamları kənara qoyruq. İndiyədək keçirilmiş, bundan sonra da hətta onun iki-üç qatını toplaya bilcək mitinqlər belə hakimiyyət dəyişikliyinin siqnalını vermir. Əvvəldə yazdığım kimi, müxalif namizədlər, hətta ən populyar müxalif namizəd üçün yüzminərin meydanlara axışacağının hər hansı bir əlaməti, nişanəsi görünmür. Yenidən 2003-cü ilə qayıdaq. O zaman seçkiqabağı dinc mitinqlərə gələnlərin heç üçdə biri səslərini qorumaq üçün meydana çıxmamışdı. Seşki də bir savaşdır, ancaq siyasi savaş. Bununla belə, savaş taktikasın burda da işləyir - hücum edən tərəf müdafiə olunan tərəfin üzərinə ən azı 3 dəf daha atıq qüvvə ilə getmək zorundadır. Müxalifətin hamısını bir yerə toplasaq, indiki hakimiyyətdən say və resurs baxımından üç qat artıq üstünlüyünü demək mümkündürmü? Təəssüf ki, bu gün üçün yox. Artıq nə etmək, durumu necə düzəltmək lazımdır - bunu müxalif siyasətçilər düşünəcəklər. Seçki öncəsi olduğundan bu və ya başqa namizədin seçki strategiyası və taktikası ilə bağlı müsbət və mənfi məqamları ətraflı təhlil etmirik. Bu məsələyə seçkidən sonra sonra qayıdacağıq. Hələlik bu günə olan vəziyyət belədir: cəmiyyət də hər nə qədər bu iqtidardan, ayrı-ayrı məmurlardan narazılıqlar olsa da, sonda əksəriyyət yenə Prezidentə apelyasiya edir və indiki prezidentin yenidən dövlət başçısı olmaq şansları onun ən yaxın rəqibindən qat-qat çoxdur və realdır. Yenə seçkini gözləyək və ən uzağı , oktyabrın 10-da ilkin nəticələr bəlli olacaq.





































































































