Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Hazırda oxunan: Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

619917

Konqo Demokratik Respublikasının (KDR) hakimiyyət orqanları ölkənin şimal-şərqində Ebola epidemiyasının yayılmağa davam etdiyini bildiriblər.

Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, həyatını itirənlərin sayı 196 nəfərə çatıb, təsdiqlənmiş yoluxma halları isə 837-yə qədər artıb.

Son hesabat dövründə 29 yeni yoluxma və 4 ölüm halı qeydə alınıb. Yeni yoluxma hallarının hamısı İturi əyalətində aşkar edilib.

Şimali Kivu və Cənubi Kivu əyalətlərində isə yeni yoluxma faktı qeydə alınmayıb.
 

Səhiyyə Nazirliyinin qiymətləndirməsinə görə, hazırda yayılan "Bundibuqio" ştamı zamanı ölüm faizi təxminən 23,4% təşkil edir. Bununla bərabər, 49 pasiyent tamamilə sağalmağı bacarıb.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) KDR və qonşu Uqandadakı Ebola epidemiyasını digər dövlətlər üçün də risk yaradan səhiyyə sahəsində fövqəladə hal kimi tanıyıb. Təşkilat virusun regionda daha da yayılma ehtimalını yüksək qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin