Bruno Lanqa “Qarabağ”da – VİDEO

Hazırda oxunan: Bruno Lanqa “Qarabağ”da – VİDEO

619895

"Qarabağ" sol cinah müdafiəçisi Bruno Lanqanın transferini başa çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında təqdimat videosu paylaşılıb.

Belə ki, Ağdam təmsilçisi İspaniyanın "Almeriya" klubundan transfer etdiyi Mozambik millisinin üzvü ilə müqavilə imzalayıb.
 

Qeyd edək ki, bu keçiddən öncə Portuqaliyanın "Estrela de Amadora" klubunda icarə əsasında çıxış etmiş 28 yaşlı müdafiəçi Mozambik yığmasının heyətində meydana çıxdığı 38 matçda 2 qola imza atıb. Nüfuzlu "Transfermarkt" saytı oyunçunun bazar dəyərini 1 milyon avro kimi göstərir.


Xatırladaq ki, bundan öncə sözügedən keçid barədə ilk məlumatı tanınmış insayder Fabritsio Romano özünün "X" hesabında yaymışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin