Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakad Şəki şəhərində olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ali qonağı Azərbaycanın Vatikandakı səfiri İlqar Muxtarov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, müfti Hacı Salman Musayev müşayiət ediblər.
Səfər çərşivəsində qonaqlar Şəki Xan Sarayını, Xan Məscidini, Kiş kəndində yerləşən Alban Məbədini ziyarət ediblər, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzi ilə tanış olublar.
Ali qonağa Şəkinin qədim tarixi, memarlıq inciləri, eləcə də bölgədə rast gəlinən xristian irsinə aid olan artefaktlar barədə geniş məlumat verilib.
Kardinal Kuvakad bu günə qədər qorunub saxlanılan xristian abidələrinin Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın bariz nümunəsi olduğunu deyib.
Qeyd edək ki, iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti Kardinal Corc Kuvakad Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana səfərə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kardinal Kuvakad arasında ikitərəfli görüş keçirilib. Azərbaycan-Vatikan münbasibətləri müzakirə olunub.







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu







































































































