Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

Hazırda oxunan: Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

619913

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla əldə olunan razılaşma Vaşinqtonun nail olmaq istədiyi hər şeyi, hətta daha çoxunu təmin edir.

Bizim.Media xəbər verir ki, bu barədə "Guardian" qəzeti məlumat yayıb.
 

"Bu saziş bizim nail olmaq istədiyimiz hər şeyə və daha çoxuna imkan verir. Əgər biz bu sövdələşməni bağlamasaydıq, hələ daha iki, üç, dörd həftə, iki il və ya bir neçə il bombalar yağdırmağa davam edə bilərdik. Hörmüz boğazı isə heç vaxt açılmazdı və heç bir uğur qazanılmazdı", - deyə Tramp qeyd edib.


ABŞ Prezidentinin sözlərinə görə, saziş yaxın vaxtlarda, konkret olaraq iyunun 18-də və ya 19-da imzalanacaq.

Amerikalı lider həmçinin ümidvardır ki, İranla əldə olunan sülh razılaşması Yaxın Şərqdə daha genişmiqyaslı sülh nizamlanmasının başlanğıcı olacaq. Bununla belə, o, Livandakı vəziyyətin nizamlanması üçün hələ görüləcək işlərin olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin