Zərdüşt Əlizadə: "ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri diktatorlardır"

Hazırda oxunan: Zərdüşt Əlizadə: "ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri diktatorlardır"

33885

Xəbər verdiyimiz kimi ABŞ və onun müttəfiqləri son günlər diktator Bəşər  Əsəd rejiminə qarşı mülayim mövqe sərgiləməkdədir . Amma bir müddət öncə ABŞ-ın  Əsədə qarşı verdiyi bəyanatlar müttəfiqlərin tezliklə Suriyaya hərbi müdaxilə edəcəyini gündəmə gətirmişdi. Maraqlıdır özünü “demokratiya beşiyi” adlandıran bir dövlət yüz mindən çox insanın ölümünə səbəb olan diktatorla niyə əməkdaşlıq etməyə qərar verdi?

Mövzu ilə əlaqədar olaraq Moderator.az-ın sualını cavablandıran politoloq Zərdüşt Əlizadə ABŞ-ın bu addımında qeyri-adi  hal olmadığını dedi:

“ Amerikanın Yaxın Şərq və Ərəb dünyasındakı bütün müttəfiqləri diktatorlardır. Kral Abdulla, Qatarın, Küveytin əmirləri, hamısı ABŞ-ın ən yaxın müttəfiqi olan diktatorlardır. Ona görə də biz ABŞ-ın Əsədlə əməkdaşlıq etməsinə təəccüblənməməliyik. Amma mən hesab edirəm ki, ABŞ gec-tez Bəşər Əsədi devirəcək və bu çevriliş indikindən də çox insanların ölümü ilə nəticələnəcək”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin