Eldəniz Quliyev Siyavuş Novruzovun açıqlamasına cavab verdi

Hazırda oxunan: Eldəniz Quliyev Siyavuş Novruzovun açıqlamasına cavab verdi

30065
“Millət vəkili Siyavuş Novruzovun Rusiyada hər hansı ciddi dairənin Milli Şuranı dəstəkləmədiyi ilə bağlı fikri hakimiyyətin öz ittihamlarının elə özü tərəfindən təkzib edilməsi deməkdir”. Bu sözləri  Moderator.az  saytına açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev bildirib. Onun sözlərinə görə, bundan sonra hakimiyyət Milli Şuranı digər xarici güclərlə əlaqələndirməyə çalışacaq: “İlk dəfə deyil ki, hakimiyyət öz iddiasını elə öz dili ilə də təkzib edir. S.Novruzovun məlum açıqlaması da bunun bir isbatı hesab edilməlidir. Bir müddət bundan öncə Milli Şura ideyasının Rusiyaya məxsus olduğunu və bu projenin Moskvaya bağlı olduğunu iddia edən hakimiyyət, indi S.Novruzovun dili ilə bunun əksini iddia edir. Lakin yəqin ki, Rusiya təkzibinin ardınca bu kəs Milli Şuranı ABŞ və Avropanın projesi kimi təqdim etməyə çalışacaqlar. Bəlli bir müddətdən sonra isə bu iddialar yeni ittihamlarla əvəz olunacaq”.  

Seymur Əliyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin