“Əkinçi” qəzetinin bağlanmasında erməni donosları mühüm rol oynayıb”

Hazırda oxunan: “Əkinçi” qəzetinin bağlanmasında erməni donosları mühüm rol oynayıb”

233610
“Əikinçi” qəzetinin bağlanmasında erməni donosları mühüm rol oynayıb”.

Moderator.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.xa0

Ə.Həsənovun sözlərinə görə, 1877-ci ildə başlayan rus-türk müharibəsi zamanı “Əkinçi” qəzetində türklərlə bağlı yer alan bəzi məqamlar qəzetin bağlanmasına gətirib çıxarıb:

“1877-ci ildə ruslarla türklər arasında başlayan müharibə “Əkinçi” qəzetinin də taleyində prinsipial rol oynadı. Belə ki, “Əkinçi” qəzetində türk təəssübü ilə bağlı yazılar dərc olunurdu ki, bu yazılardan ermənilər qəzetə qarşı təzyiq məqsədi ilə istifadə edir, çar Rusiyasına donoslar yazaraq qəzetin türklərlə bağlı təəssüb doluxa0 məqalələr yer aldığına diqqət çəkirdi. Bütün bunlar “Əkinçi” qəzetinin bağlanmasında mühüm rol oynadı. Doğrudur, qəzetin fəaliyyətini başqa ad altıdna dayandırdılar. Ancaq həqiqət bundan ibarətdir ki, bu məsələdə “Əkinçi” qəzetinin türk təəssübü ilə bağlı ortaya qoyduğu yazılar və bu yazılarla bağlı ermənilərin Rusiyaya ünvanladıqları donoslar daha mühüm rol oynadı”.

Seymur ƏLİYEV
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin