İlham Əliyevin ABŞ səfəri yaxınlaşır...

Hazırda oxunan: İlham Əliyevin ABŞ səfəri yaxınlaşır...

126775
Bu səfər Azərbaycan-Amerika münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər

Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirak edəcək. ABŞ-ın Bakıdakı səfirliyi bir müddət öncə Azərbaycan prezidentinin Vaşinqtona gedəcəyini açıqlamışdı. Səfirlik Azərbaycanın dövlət başçısının Amerika prezidenti Barak Obamanın dəvətini müsbət cavablandırdığını bildirmişdi. Diplomatik nümayəndəlikdən qeyd olunub ki, bu gün Bakı və Vaşinqton münasibətləri daha müsbət və qarşılıqlı faydalı etməyin üzərində işləyir.


Qeyd edək ki, ABŞ prezidenti Barak Obama dekabrın 3-də Azərbaycan prezidenti İlham Əliyevə bu il martın sonunda Vaşinqtonda keçiriləcək IV nüvə təhlükəsizliyi sammitində iştirak üçün dəvət məktubu göndərib.xa0

Amerika lideri məktubunda qeyd edib ki, Azərbaycan qlobal nüvə təhlükəsizliyinə qətiyyətli dəstək nümayiş etdirir və Bakının bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid ifadə edib.

Azərbaycanla ABŞ-ın münasibətlərində müəmmalı vəziyyətə prezident İlham Əliyevin martın sonunda Barak Obamanın dəvəti ilə gerçəkləşəcək Vaşinqton səfərinin son qoyub-qoymayacağı ilə bağlı siyasi analitiklər müxtəlif fikirlər bildirirlər.xa0

Bu mövzuda danışan “Atlas”x9d Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirdi ki, 2010-cu ildə də belə bir nüvə təhlükəsizliyi konfransı Vaşinqtonda keçirilmişdi. O zaman Barak Obama Azərbaycan prezidentini həmin toplantıya dəvət etməmişdi. Halbuki Gürcüstan və Ermənistan prezidentlərini dəvət etmişdi.xa0

O dövrdə də ABŞ-ın demokratiya və insan haqları məsələləri ilə bağlı Azərbaycan hakimiyyətinə çox sərt tələbləri var idi. İndi üstündən xeyli vaxt keçib, Azərbaycan prezidentini Barak Obama nüvə təhlükəsizliyi konfransına dəvət edir:

“Bu, mesaj xarakterli dəvət ola bilər ki, Azərbaycanın əhəmiyyətini ABŞ yüksək qiymətləndirdiyini göstərmək istəyir. Sadəcə, Azərbaycana belə bir incə mesaj da göndərirlər ki, əgər Azərbaycan Vaşinqtonda keçiriləcək sammitə qədər siyasi və mübahisəli məhbus adlandırılan insanları həbsdən azad etsə, bu, İlham Əliyevin Vaşinqton səfərinin əhəmiyyətini bir az da artıracaq. Bu, bizim dövlət başçısının özünə də lazımdır ki, Vaşinqtonda yalnız nüvə təhlükəsizliyi konfransında iştirak etməsin, Barak Obama ilə təkbətək fikir mübadiləsi apara bilsin. Bu bir şansdır ki, Vaşinqtondakı konfrans çərçivəsində Barak Obama ilə ikitərəfli danışıqlar aparılsın”x9d.


Ekspertin fikrincə, Azərbaycan yaxın müddətdə ABŞ-ın əsas şərti olan siyasi və mübahisəli məhbuslar məsələsinə aydınlıq gətirsə, daha çox adları hallandırılan insanlar həbsdən azad olunsa, bu amil prezidentin ABŞ səfərinin əhəmiyyətini artıracaq və Barak Obama ilə təkbətək görüş imkanı yaradılacaq.xa0

E.Şahinoğlu qeyd etdi ki, siyasi və mübahisəli məhbus məsələsinin həlli başqa istiqamətdə də Azərbaycana xeyir gətirə bilər. Kristofer Smitin Azərbaycana və onun hakimiyyətinə sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresin müzakirəsinə çıxarılmasının qarşısını ala bilər: “Hakimiyyət üçün gözəl şans yaranıb ki, bir iki addım atmaqla çox ciddi bir neçə problemin yoluna qoyulmasına nail olunsun. Artıq bu gün ABŞ-da kimsə Azərbaycanda rəngli inqilablar düşüncəsində deyil. Əksinə, Azərbaycanla pozitiv mənada əməkdaşlığın genişlənməsində, islahatların aparılmasında maraqlıdırlar. Bu baxımdan hesab edirəm ki, münasibətlərdə heç də uçurumlu durum yoxdur. Sadəcə, bir istiqamət var ki, o, münasibətlərə hələ də kölgə salır. Bu, ABŞ-ın Azərbaycanla əməkdaşlıq etdiyi üçüncü istiqamətdir. İnsan haqları və demokratiya məsələsi. Azərbaycanda siyasi məhbus məsələsinə son qoyulsa, bəzi siyasi islahatlara gedilsə, ABŞ-Azərbaycan münasibətlərində qeyd etdiyimiz həmin çatışmayan istiqamətdə pozitiv inkişaf edəcək”x9d. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin