Sabah seçki bülletenlərinin Azərbaycan üzrə məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatacaq

Hazırda oxunan: Sabah seçki bülletenlərinin Azərbaycan üzrə məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatacaq

102761
Sabah Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi üçün ayrılan müddət başa çatır.
Moderator.az-ın APA-ya istinadən məlumatına görə, Seçki Məcəlləsinə əsasən seçki bülletenlərinin DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi prosesi səsvermə gününə azı 3 gün qalmış başa çatmalıdır.
 
Milli Məclisə seçkilərlə əlaqədar bu müddət oktyabrın 29-dək olan dövrü əhatə edir.
 
Sabah müvafiq məntəqə seçki komissiları tərəfindən seçiciyə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi də başa çatacaq. Seçki Məcəlləsinə əsasən bu proses səsvermə gününə 24”“3 gün qalmış başa çatmalıdır. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət oktyabrın 8-dən oktyabrın 29-dək olan dövrü əhatə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin