La Liqa matçları TƏXİRƏ SALINDI

Hazırda oxunan: La Liqa matçları TƏXİRƏ SALINDI

644373

İspaniya La Liqasının 23-cü turunda keçirilməli olan 2 matç təxirə salınıb.

Bizim.Media xəbər verir ki, “Cadena COPE” radiostansiyasının yaydığı məlumata əsasən, “Barselona” - “Atletiko” və “Real” - “Real Sosyedad” matçlarının vaxtı dəyişdirilib. Fevralın 7-də keçirilməsi planlaşdırılan bu oyunlar dekabrın 2-4-ü aralığında baş tutacaq.
 

Qarşılaşmaların vaxtının dəyişdirilməsinə 2027-ci ilin fevralında İstanbulda təşkil olunacaq İspaniya Superkuboku səbəb olub. Turnirdə “Barselona”, “Atletiko”, “Real” və “Real Sosyedad” iştirak edəcək.


Superkubokun ilk yarımfinalında fevralın 2-də “Barselona” ilə “Atletiko” üz-üzə gələcək.

Fevralın 3-də isə “Real Sosyedad” “Real”la qarşılaşacaq. Final oyunu fevralın 6-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin