Omskda Ozon-un nəhəng logistika mərkəzi də dron hücumuna məruz qalıb - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Omskda Ozon-un nəhəng logistika mərkəzi də dron hücumuna məruz qalıb - YENİLƏNİB - VİDEO

644028

Rusiyanın Omsk şəhərində kimya zavodu ilə yanaşı, Ozon onlayn ticarət platformasının böyük logistika mərkəzinin də dron hücumuna məruz qaldığı bildirilir.

Bizim.Media xəbər verir ki, monitorinq kanallarının məlumatına görə, zərbə “Solneçnı” logistika parkında yerləşən paylama mərkəzinə endirilib.

Hadisədən sonra anbarın ərazisində yanğın qeydə alınıb. Obyektə dəyən ziyanın miqyası dəqiqləşdirilir.
 

Məlumata əsasən, kompleksin sahəsi təxminən 107 min kvadratmetrdir. Mərkəz təqribən 30 milyon məhsulun saxlanılması üçün nəzərdə tutulub və gündə 600 mindən çox sifarişi emal etmək imkanına malikdir.

Omsk vilayətinin qubernatoru Vitali Xotsenko isə pilotsuz uçuş aparatlarının şəhərin “şimal sənaye zonasına” çatdığını etiraf edib.

Monitorinq kanalları Ukraynaya məxsus olduğu iddia edilən dronların təxminən 3 min kilometr məsafə qət etdiyini bildirir.

Hadisə ilə bağlı rəsmi məlumatlarda logistika mərkəzinə dəyən ziyanın miqyası hələlik açıqlanmayıb.

***18:16

Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatlarının Rusiyanın Omsk şəhərində yerləşən "Omsk kauçuk" kimya müəssisəsinə zərbə endirdiyi iddia olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Telegram kanalları məlumat yayır. 

Paylaşımda hədəfin Ukrayna ərazisindən təxminən 2 500 kilometr məsafədə yerləşdiyi bildirilib.

Hadisə ilə bağlı müəssisəyə dəyən ziyanın miqyası, mümkün tələfat və yanğın barədə məlumat paylaşımda açıqlanmayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin