Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Hazırda oxunan: Türkiyə Rusiyadan dizel yanacağı alacaq

642961

Türkiyə ABŞ Prezidenti Donald Trampın sanksiya məhdudiyyətlərini müvəqqəti götürdüyü Rusiya dizel yanacağının bir hissəsini almaq barədə razılıq əldə edib. 

Bizim.Media xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bəyanat verib.

O, "Kanal 7" telekanalına müsahibəsində bildirib ki, son aylarda daxili qıtlıq səbəbindən dizel ixracına məhdudiyyət qoyan Rusiya Tramp ilə razılaşmadan sonra tədarükü bərpa edib. 

Nazir aparılan danışıqlar nəticəsində həmin yanacağın bir hissəsinin Türkiyəyə yönəldiləcəyini və bu addımın ölkənin energetika təhlükəsizliyi baxımından mühüm rol oynadığını vurğulayıb.

 

ABŞ Prezidenti Donald Tramp Rusiya neft sektoruna qarşı yeni sanksiyaların icrasını dayandıran fərman imzalayıb. Bu qərar Moskvaya dizel yanacağını dünya bazarlarına çıxarmaq imkanı yaratsa da, ABŞ konqresmenləri razılaşmanı ləğv etmək üçün artıq ikipartiyalı qanun layihəsi təqdim ediblər.


Neft və qaz ehtiyaclarını Rusiya, İran və Azərbaycandan qarşılayan Ankara eyni zamanda ABŞ və digər tərəfdaşlarla analoji sazişlər bağlamaqla enerjinin diversifikasiyasını həyata keçirməyə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin