ABŞ-da aralıq seçkilərə iki həftə qalmış The Washington Post, ABC və Ipsos tərəfindən keçirilən rəy sorğusunun nəticələri Prezident Donald Trampın fəaliyyətini bəyənənlərin nisbətinin rekord həddə — 33%-ə düşdüyünü göstərib. Eyni zamanda, Nümayəndələr Palatasına nəzarət uğrunda mübarizədə Demokratlar Partiyasının Respublikaçılar üzərindəki üstünlüyü 8%-ə çatıb.
Bizim.Media xəbər verir ki, Trampın dəstək reytinqi iyul ayı ilə müqayisədə 4%, 2025-ci ilin oktyabrı ilə müqayisədə isə 8% azalıb. İyulda partiyalararası fərq cəmi 3% olduğu halda, hazırda Demokratlar Respublikaçıları 8% qabaqlayır.
Rəyi sorşulanlar Respublikaçılara qarşı narazılığın əsas səbəbləri kimi Trampın yürütdüyü siyasəti və İranla hərbi münaqişə fonunda artan inflyasiyanı göstəriblər. Respondentlərin 65%-i Tehrana qarşı hərbi əməliyyatları səhv addım hesab edir.
İştirakçıların yarıya yaxını — 48%-i Trampın 2025-ci ildə Ağ Evə qayıdışından sonra maddi rifahının pisləşdiyini bildirib. Bu, The Washington Post və ABC-nin 1986-cı ildən bəri keçirdiyi oxşar sorğular tarixində bütün ABŞ prezidentləri arasında anti-rekord göstəricidir.
Tədqiqat 9–13 oktyabr tarixlərində ABŞ-ın 2545 yetkinlik yaşına çatmış sakini arasında aparılıb.
Bizim.Media
































































































