ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Hazırda oxunan: ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

642960

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında münasibətlərin gərginləşməsi fonunda ABŞ-ın Maliyyə naziri Skott Bessent NBC News telekanalına müsahibəsində Ukraynanın Birləşmiş Ştatların müttəfiqi olub-olmaması ilə bağlı suala cavab verməkdən üç dəfə yayınıb.

Bizim.Media xəbər verir ki, Bessent Birləşmiş Ştatların Ukraynaya kəşfiyyat məlumatları, Starlink peyk rabitəsi və NATO vasitəsilə silah alışı icazəsi olmaqla üç əsas istiqamətdə dəstək verdiyini qeyd edərək, müttəfiq adlandırmaq əvəzinə bu yardımları Rusiyaya etmədiklərini vurğulayıb. 

Sual üçüncü dəfə təkrarlandıqda isə o, nə Xarici İşlər naziri (Dövlət katibi), nə də Prezident olduğunu bildirib.

ABŞ naziri Zelenskinin Vaşinqtonun kəşfiyyat mübadiləsini və Starlink fəaliyyətini məhdudlaşdırması barədə bəyanatlarını sərt tənqid edib.

Bessent Prezident Tramp və Dövlət katibi Marko Rubionun bu iddiaları təkzib etdiyini xatırladaraq, Ukrayna liderinin bu addımını düşünülməmiş və tələsik adlandırıb.

Maliyyə naziri Zelenskinin mütləq hərbi qələbə qazanmaq niyyətini tənqid edərək bildirib ki, münaqişə qələbə ilə deyil, danışıqlar yolu ilə əldə olunacaq sülh sazişi ilə bitməlidir və Prezident Tramp hər gün bu istiqamətdə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin