Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Hazırda oxunan: Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

642965

Litva Qida və Baytarlıq Xidməti (PVD) Ermənistandan idxal edilən 57,6 kq çəkidə yaşıl çay partiyasında Avropa İttifaqında (Aİ) istifadəsi qadağan olunmuş pestisid aşkar edildiyini bəyan edib. 

Bizim.Media xəbər verir ki, laboratoriya analizləri nəticəsində məhsulda daha iki pestisid maddəsinin icazə verilən normadan artıq olduğu müəyyən edilib.   

 

"8810" nömrəli partiyada Aİ ərazisində istifadəsinə icazə verilməyən tolfenpirad  pestisidi tapılıb. Bundan əlavə, lyambda-siqalotrin və tiametoksam maddələrinin miqdarının maksimal icazə verilən həddi aşdığı qeydə alınıb.

 

Yoxlamanın nəticələrinə əsasən, yükün Avropa İttifaqı ərazisinə daxil olmasına icazə verilməyib. Qaydalar çərçivəsində sözügedən partiyanın satışı və paylanması qadağan edilib; məhsul ya məhv edilməli, ya də Aİ hüdudlarından kənara qaytarılmalıdır.   

Litva müfəttişliyi aşkar olunmuş pozuntu barədə Aİ-nin Təhlükəli Qida və Yem Məhsulları üzrə Çevik Xəbərdarlıq Sisteminə (RASFF) rəsmi məlumat göndərib.

Eyni yoxlama çərçivəsində Qazaxıstandan gətirilən 22 ton xardal toxumu partiyasında da normadan artıq eruka turşusu aşkar edilib və həmin yükün də Aİ-yə idxalına qadağa qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin