Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 2 min nəfəri keçdi - VİDEO

Hazırda oxunan: Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 2 min nəfəri keçdi - VİDEO

642940

Fransada davam edən kütləvi iğtişaşlar fonunda hüquq-mühafizə organları tərəfindən saxlanılanların sayı 2 000 nəfəri ötüb. 

Bizim.Media xəbər verir ki, polis Parisdə və digər böyük şəhərlərdə etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə etməyə məcbur olub.

Fransanın Daxili İşlər Naziri Loran Nunyez (Laurent Nuñez) "X" sosial şəbəkəsində bildirib ki, indiyədək 2 000-dən çox şəxs saxlanılıb və günahkarların məhkəmə qarşısına çıxarılması üçün araşdırma aparılır. Nazir iğtişaşlar zamanı 600 polis əməkdaşının xəsarət aldığını açıqlayıb.

 

BFMTV telekanalının məlumatına görə, Parisin Respublika meydanında Milli Polisin iğtişaşların qarşısını almaq üzrə ixtisaslaşmış xüsusi bölmələri yerləşdirilib. Sosial şəbəkələrdəki çağırışlardan sonra yüzlərlə maskalı gənc icazəsiz aksiya keçirib. Nümayişçilərin mağazaları qarət etməyə başlamasından sonra polis xüsusi vasitələrlə müdaxilə edib.


İğtişaşlar Marsel şəhərini də bürüyüb. Əyalət polisinin verildiyi məlumata görə, oktyabrın 17-də baş verən hadisələrdə qarətçilərin sayı 30 minə çatıb. Şəhərdə 99 nəfər saxlanılıb, 118 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin